Premyer Liqaya klubunda Sulşer səsləri

Premyer Liqaya yüksələn “Lester”də baş məşqçi axtarışları davam edir.

Futbolpress.az xəbər verir ki, “tülkülər”də bu posta əsas namizəd Ole-Qunnar Sulşerdir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

“Lester” rəhbərliyi yaxın günlərdə norveçli mütəxəssislə danışıqlara başlayacaq.

Ötən mövsümü Çempionşipdə keçirən komandanı Enso Mareska çalışdırırdı. Mütəxəssis bir müddət əvvəl “Çelsi”yə baş məşqçi təyin edilib.