Premyer Liqanın üç klubu cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verri ki, toplantıda aşağıdakı qərarlar qəbul edilib:

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Araz-Naxçıvan” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Şamaxı” – “Sumqayıt” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilir (maddə 37);

“Şamaxı” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçuları isinmə hərəkətləri zamanı Əsasnamə qaydalarının tələblərini pozduğuna görə “Sumqayıt” klubu 500 manat cərimə edilir (maddə 53.7);