Azərbaycan Premyer Liqasında 13 tur geridə qalıb. Turnir cədvəlinin zirvəsində 31 xalla “Qarabağ” qarşılaşıb. Ehtiyatda bir oyunu olan “atlılar” ən yaxın izləyicisi “Araz-Naxçıvan”ı bir xal qabaqlayır.
Turnir cədvəlinin ikinci sırasında qərarlaşan Naxçıvan təmsilçisi bu mövsüm uğurlu çıxışı ilə diqqət çəkir. Elmar Baxşıyevin yetirmələri xüsusilə səfər matçlarında yaxşı nəticələr qazanıb. Komanda bu mövsüm 6 səfər matçında 5 qələbə qazanıb, 1 heç-heçə edib. Səfərdə uduzmayan “Araz-Naxçıvan” bu görüşlərdə 16 xal qazanıb. Baxşıyevin yetirmələri ümumilikdə bu mövsüm cəmi bir dəfə – “Qarabağ”a uduzub.
Səfər görüşlərində ikinci ən yaxşı komanda “Qarabağ”dır. Qurban Qurbanovun yetirmələri qonaq olduğu 5 matçında 4-də qələbəyə sevinib, 1 görüşdə isə heç-heçə qeydə alınıb.
“Üçlüy”ü “Turan Tovuz” tamamlayır. Tovuz təmsilçisi 7 səfər görüşündə 3 qələbə qazanıb, 4 heç-heçə edib. Səfərdə məğlubiyyət yaşamayan komandalar məhz “üçlük”də qərarlaşanlardır.
Çempionatda qonaq olduğu oyunlarda xal qazanmayan yeganə komanda isə “Səbail”dir. Bir neçə gün əvvəl baş məşqçi Şahin Diniyevlə yollarını ayıran “dənizçilər” Premyer Liqada 13 turun 7-ni səfərdə keçirib və hər birini uduzub.
Kamil Əhməd