Azərbaycan Premyer Liqasında bu mövsüm ən çox vərəqə alan futbolçu “Neftçi”nin müdafiəçisi Yuri Matiasdır.
“FutbolPress“in məlumatına görə, braziliyalı oyunçu 29 oyunda 10 dəfə sarı, bir dəfə qırmızı vərəqə ilə cəzalanıb. O, intizamsız futbolçular arasında birinci sıradadır.
İkinci pilləni “Qəbələ”dən Zurab Oçiqava tutub. Ukraynalı müdafiəçi 20 oyunda 11 dəfə rəsmi xəbərdarlıq – sarı vərəqə ilə cəzalanıb. Oçiqavanın aktivində bir “qırmızı” var.
“Üçlüy”ü “Səbail”dən Adi Mehremiç tamamlayır. Bosniyadan olan müdafiəçi 28 görüşdə 10 dəfə sarı, bir dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Kamil Əhməd