Premyer Liqanın dəyərliləri

Azərbaycan Premyer Liqasının dəyəri artıb.

FutbolPress“in əldə etdiyi məlumata görə, “transfermarkt” portalı çempionatın ümumi dəyərini 89,65 milyon avro göstərib.

Premyer Liqanın ən dəyərli komandası “Qarabağ”dır. “Atlılar”ın ümumi qiyməti 20,23 milyon avrodur. “Neftçi” 12,88 milyon avro ilə ikinci, “Sabah” isə 11,75 milyon isə üçüncü sırada qərarlaşıb.

Çempionatda dəyərinə görə ən aşağı komanda “Şamaxı”dır. Bu mövsümdən elitada çıxış edən “şirlər”in qiyməti 3,03 milyon avro göstərilib.

Premyer Liqanın ən bahalı futbolçusu isə Juninyodur. “Qarabağ”da çıxış edən braziliyalı hücumçunun qiyməti 2 milyon avrodur.