Azərbaycan Premyer Liqasında 18 turdan sonra ən çox vərəqə alan futbolçu Edin Kuçdur.
“FutbolPress“in məlumatına görə, “Neftçi”də çıxış edən yarımmüdafiəçi 13 matçda 5 dəfə “sarı”, 1 dəfə isə “qırmızı” ilə cəzalanıb.
Bu göstəricidə ikinci sırada “Turan Tovuz”un müdafiəçisi Şəhriyar Əliyev yer alıb. Millinin də üzvü olan futbolçu 17 Premyer Liqa oyununda 8 dəfə sarı vərəqə alıb.
“Üçlüy”ü “Şamaxı”dan Belajdi Pusi tamamlayır. Albaniyalı hücumçu 17 görüşdə 7 dəfə rəsmi xəbərdarlıq alıb.