Azərbaycan Premyer Liqasında iştirak edən komandaların heyətinin yaş ortalamasına görə ən gənc kollektiv “Sumqayıt”dır.
“FutbolPress”in məlumatına görə, Samir Abbasovun yetirmələrinin yaş ortalaması 25-dir.
Ən qocaman heyət isə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar”ın yaş ortalaması 27.9-dur.
Həmçinin Azərbaycan çempionatında çıxış edən ən yaşlı futbolçu Kamal Bayramovdur. Qapıçının 38 yaşı var.
Premyer Liqa klublarının heyətlərinin yaş ortalaması:
1. “Sumqayıt”: 25 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Murad Ağamalıyev, Nihad Əhmədzadə, 17. Mehdi Cənnətov 32
2. “Kəpəz”: 25.1 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Cavad Kərimov, 19. Vurğun Hüseynov, 36.
3. “Qəbələ”: 25.3 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular.: Sənan Ağalarov, Eşqin Əhmədov 18. Asif Məmmədov, 37.
4. “Araz-Naxçıvan”: 25.8 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Mirəli Əhmədov, Tuqay Əlizadə, Ramin Nəsirli, 21. Semir Bukviç, 32.
5. “Səbail”: 26.1 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Emin Rüstəmov, Nicat Məmmədzadə, 19. Səlahət Ağayev, 33.
6. “Zirə”: 26.1 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Səlim Həşimov, 18. Anar Nəzirov, 35.
7. “Sabah” 26.2 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Fəxri Məmmədli, 18. Kristian da Silva, 34.
8. “Turan Tovuz” 26.7 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Sadiq Şəfiyev,18. Kamal Bayramov, 38.
9. “Qarabağ” 27,3 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Nəriman Axunzadə, 20. Riçard Almeyda, 35.
10. “Neftçi” 27.9 yaş. Heyətlərində çıxış edən ən gənc və ən yaşlı futbolçular: Rəvan Kazımov, Ağadadaş Salyanskiy, 19. Aqil Məmmədov 35
Məlik Məlikov