Premyer Liqanı A Seriyasına dəyişdi

“Atalanta” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Berqamo təmsilçisi “Everton”dan Ben Qodfrini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

İnsayder Fabrisio Romano “Atalanta”nın Qodfri üçün 10 milyon avro ödəyəcəyini yazıb.

Müdafiəçi 2020-ci ildən “Everton”da çıxış edirdi. O, Mersisayd təmsilçisində 93 oyunda forma geyinib.