İngiltərə Premyer Liqasında yeni mövsümdə də VAR-dan istifadə olunacaq.
Futbolpress.az xəbər verir ki, klublar arasında keçirilən səsvermədə 19 komanda sistemin tətbiqindən yana olub. Yeganə əlehinə olan isə “Vulverhempton” komandasıdır.
Məhz “canavarlar” 2023/24 mövsümü başa çatandan sonra İngiltərə Futbol Assosiasiyasına müraciət ünvanlayaraq sorğu keçirilməsini tələb etmişdi.
“Vulverhempton” çempionatı 14-cü sırada bitirib.