Premyer Liqada oynayan legionerlərə milli dəvət

Moldova millisinin Kipr və Ukraynaya qarşı keçirəcəyi yoxlama oyunları üçün heyəti açıqlanıb.

Futbolpress.az xəbər verir ki, baş məşqçi Sergey Kleşenko Azərbaycanda forma geyinən Kristian Avram və Denis Marandiçiyə dəvət göndərib.

“Turan Tovuz”un müdafiəçisi Marandiçi və “Araz-Naxçıvan”ın qolkiperi Avram müvafiq olaraq iyunun 8-də Kipr, 11-də isə Ukrayna ilə matç üçün baş məşqçinin sərəncamında olacaq.