Azərbaycan Premyer Liqasında mövsümün yeni məhsuldarlıq rekordu qeydə alınıb.
Futbolpress.az xəbər verir ki, VIII turun oyunlarında 19 qol vurulub. Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 top vurulmuşdu.
“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail”(3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.
Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub. Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.