Premyer Liqada mövsümün ən yaxşı oyunçuları – “Qarabağ” fərqi

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün ən yaxşı futbolçusu məlum olub.

Futbolpress.az xəbər verir ki, Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) “Qarabağ”ın yarımmüdafiəçisi Leandro Andradeni fərqləndirib. Kabo-verdeli oyunçu 57,4 xalla mövsümün ən yaxşı oyunçusu olub.

“10-luq”da “Qarabağ”ın 6 oyunçusu yer alıb. Birinci Andrade ilə yanaşı, Toral Bayramov, Juninyo, Julio Romao, Abdullah Zubir və Yassin Benziya müvafiq olaraq 2-6-ci sıralarda qərarlaşıb. “Sabah”ın müdafiəçisi Con İrasabal 52,1 xalla 7-cidir.

“Neftçi”nin oyunçuları – Yuri Matias və Emin Mahmudov isə 8-9-cu pilləni tutub. “10-luğ”u “Zirə”dən Pyer Zebli tamamlayır.