Premyer Liqada iştirak edəcək klublar bilindi

Yeni mövsümdən Azərbaycan Premyer Liqasında mübarizə aparacaq daha iki klub məlum olub.

Futbolpress.az xəbər verir ki, “İmişli” və “Karvan” müvafiq olaraq 2 və 3-cü yeri tutaraq elitaya vəsiqə qazanıb.

Daha əvvəl “Qəbələ”nin Premyer Liqada iştirak edəcəyi dəqiqləşib.