Bu gün Azərbaycan Premyer Liqasında XXIII turun növbəti oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq. Günün birinci matçında “Turan Tovuz” azarkeşləri önündə “Araz-Naxçıvan”la qarşılaşıb. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.
Turun mərkəzi oyunu da bu gün keçirilib. Lider “Qarabağ” səfərdə “Neftçi”nin qonağı olub. Qurban Qurbanovun yetirmələri oyunun böyük hissəsini azlıqda oynamasına baxmayaraq, son dəqiqələrdə vurulan qolla üç xal qazanıb.
Azərbaycan Premyer Liqası
XXIII tur
16 fevral
19:00 Neftçi – Qarabağ 0:1
Qol: M.Yankoviç, 88
Qırmızı vərəqə: Kevin Medina, 21 (“Qarabağ”)
Baş hakim: Rəvan Həmzəzadə
“Neftçi Arena
“Neftçi: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 47. Murad Məmmədov, 23. Robert Bauer, 9. Bassala Sambu, 20. Alfa Konte, 77. Yeqor Boqomolski, 18. Ryonosuke Ohori, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov
Qarabağ: 99. Mateuş Koxalski, 24. Aleksey İsayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev, 97. Fabian Buntiç, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 66. Patrik Andrade, 9. Kadi Borges, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.
16:00 Turan Tovuz – Araz-Naxçıvan 1:0
Qol: Hurtado, 86
Qırmızı vərəqə: İqor Ribeyri, 47 (“Araz-Naxçıvan”)
Baş hakim: Əliyar Ağayev
Tovuz şəhər stadionu
Turan Tovuz: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman (k), 6. Araş Qaderi, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 9. Kristian da Silva, 32. Hayderson Hurtado
Baş məşqçi: Kurban Berdıyev
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Urfan Abbasov, 2. Slavik Alxasov, 6. Vadim Abdullayev (k), 24. Mustafa Əhmədzadə, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 5. Qara Qarayev, 7. Ülvi İsgəndərov, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 10. Bernardo Dias
Baş məşqçi: Elmar Baxşıyev