“Sabah”la “Qarabağ” qələbə qazandı

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun növbəti oyunları keçirildi.

Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutdu.

Günün ilk matçında “Sabah” autsayder “Səbail”ə qalib gəlib.
Digər matçda isə lider “Qarabağ” “Neftçi”ni məğlub edib.

Azərbaycan Premyer Liqası

XXXI tur

19 aprel

17:30 Sabah – Səbail 3:2

Qollar: Çakla, 31, Dmitro Litvin, 82 (avtoqol), Coy Lens Mikels, 90+3 – İnnosent Nşuti, 21, Yusif Nəbiyev, 75
Baş hakim: Fərid Hacıyev
“Bank Respublika Arena”

20:00 Qarabağ – Neftçi 3:0

Qollar: Abdulla Zubir, 23, Y.Benzia, 40 (pen.), N.Axundzadə, 41
Baş hakim: Elçin Məsiyev
Tofiq Bəhramov adına Respublika stadionu