Premyer Liqa: yüksək göstərici “Neftçi Arena”dadır

Azərbaycan Premyer Liqasında VIII turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Futbolpress.az xəbər verir ki, ən yüksək göstərici “Neftçi Arena”da qeydə alınıb. Mövsümdə qələbəsi olmayan “Neftçi”nin yenilənmiş stadionda “Sumqayıt”la matçını 3899 tamaşaçı tribunadan izləyib.

Ən aşağı göstərici isə Sumqayıtda qeydə alınıb. “Kapital Bank Arena”da baş tutan “Araz-Naxçıvan” – “Səbail”matçında tribunalarda 200 tamaşaçı olub.

Premyer Liqada turun oyunlarını izləyən azarkeş sayı:

Araz-Naxçıvan – Səbail 3:2 (200 tamaşaçı)
Zirə – Kəpəz 3:0 (500 tamaşaçı)
Neftçi – Sumqayıt 1:1 (3899 tamaşaçı)
Şamaxı – Turan Tovuz 2:2 (2000 tamaşaçı)
Qarabağ – Sabah 3:2 (1500 tamaşaçı)

Qeyd: saylar Peşəkar Futbol Liqasının oyun protokollarından götürülüb.