Premyer Liqa üçün son “döyüş”

İngiltərə Premyer Liqasına vəsiqə üçün pley-off oynayacaq komandalar məlum olub.

Futbolpress.az xəbər verir ki, “Sauthempton” və “Lids” elita üçün həlledici oyunda üz-üzə gələcək. Qalib tərəf yeni mövsümdən PL-də mübarizə aparacaq.

Daha əvvəl “Lester” və “İpsviç” elitaya vəsiqəni təmin edib.

“Sauthempton” Çempionşipdə pley-off mərhələsində “Vest Bromviç”i, “Lids” isə “Norviç”i məğlub edib.

Çempionşipin finalı mayın 26-da “Uembli” stadionunda olacaq.