“Kəpəz” ilk qələbəsini “Neftçi” üzərində qazandı

Bu gün Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Futbolpress.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Autsayder “Kəpəz” “Neftçi” ilə üz-üzə gəlib. 7 qolun vurulduğu matçda gəncəlilər qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
IX tur

4 oktyabr

17:00 Kəpəz – Neftçi 4:3

Qollar: Orxan Əliyev, 26, 32, Mahamadu Ba, 40, Braqa, 48 – Ervin Koffi, 4, Ramil Şeydayev, 31, Ağadadaş Salyanskiy, 90+5
Baş hakim: Rəşad Əhmədov
Tovuz şəhər stadionu