Premyer Liqa: Tovuz və Sumqayıt zirvəyə şərik oldu

Azərbaycan Premyer Liqasında XIV tur başa çatıb.

FutbolPress“in məlumatına görə, turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

Ən çox tamaşaçı Tovuz və Sumqayıtda qeydə alınıb. “Turan Tovuz”un “Sabah”la, “Sumqayıt”ın isə “Şamaxı” ilə matçında tribunalarda 4500 tamaşaçı yer alıb.

Ən aşağı göstərici “Kəpəz” – “Araz-Naxçıvan” matçında qeydə alınıb – 650 tamaşaçı.

Turun oyunlarını izləyən azarkeş sayı:

Kəpəz – Araz-Naxçıvan 0:2 (650 tamaşaçı)
Səbail – Qarabağ 0:3 (1900 tamaşaçı)
Neftçi – Zirə 2:1 (1174 tamaşaçı)
Turan Tovuz – Sabah 1:1 (4500 tamaşaçı)
Sumqayıt – Şamaxı 2:1 (4500 tamaşaçı)