Premyer Liqa tarixinin ən yaxşı müdafiəçisi kimdir?

“FourFourTwo” portalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı müdafiəçilərini açıqlayıb.

Futbolpress.az xəbər verir ki, siyahıya “Mançester Yunayted”in keçmiş oyunçusu Rio Ferdinand başçılıq edir.

İkinci pillədə “Çelsi” və “Arsenal”da oynamış Eşli Koul yer alıb. “Liverpul”un kapitanı Vircil Van Dayk isə üçüncü pillədə qərarlaşıb.

Ferdinand 2002-2014-cü illərdə “Mançester Yunayted”in formasını geyinib.