Premyer Liqa tarixinin ən yaxşı hücumçusu odur

“FourFourTwo” portalı İngiltərə Premyer Liqası tarixinin ən yaxşı hücumçusunu açıqlayıb.

Futbolpress.az xəbər verir ki, bu, “Arsenal”ın keçmiş hücumçusu Tyerri Anridir.

Siyahının ikinci sırasında sabiq “Nyukasl”lı Alan Şirer yer alıb. “Üçlüy”ü isə “Mançester Siti”nin keçmiş hücumçusu Serxio Aquero tamamlayıb.

Anri Premyer Liqada 258 oyunda 175 qol vurub, 75 məhsuldar ötürmə edib.