Premyer Liqa oyununun məkanı dəyişdi

Azərbaycan Premyer Liqasının VIII turunun “Araz-Naxçıvan” – “Səbail” oyununun vaxtı dəyişib.

Futbolpress.az xəbər verir ki, “Liv Bona Dea Arena” stadionunun qazonunda aparılan renovasiya işləri ilə əlaqədar olaraq “Araz-Naxçıvan” klubunun rəsmi müraciəti, Peşəkar Futbol Liqasının təftişi və Əsasnamənin müvafiq bəndi ilə görüşün Sumqayıt şəhərində yerləşən “Kapital Bank Arena” stadionunda oynanılmasına qərar verilib.

Oyun əvvəlcədən nəzərdə tutulduğu kimi 27 sentyabr saat 19:00-da başlanacaq.