İngiltərə Premyer Liqasında XIX tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, “Arsenal” səfərdə “Brentford” üzərində qələbə qazanmaqla, turnir cədvəlinin 2-ci pilləsinə yüksəlib.
“Aston Villa” “Brayton”la heç-heçəyə razılaşıb. “Çelsi” ilə “Mançester Yunayted” isə məğlub olub.
Turun açılış günündə 6 qarşılaşma baş tutub. “Mançester Siti” 5 oyunluq qələbəsizlik seriyasına son qoyub. “Tottenhem” isə doğma meydanda “Vulverhempton”la bacarmayıb. “Liverpul” rəqibini darmadağın edərək, zirvədəki yerini bərkidib.
İngiltərə Premyer Liqası
XIX tur
29 dekabr
Lester – Mançester Siti 0:2
Qollar: Savinyo, 21, E.Haland, 74
Krisal Pelas – Sauthempton 2:1
Qollar: T.Çaloba, 31, E.Eze, 52 – T.Diblinq, 15
Everton – Nottinqem Forest 0:2
Qollar: Ç.Vud, 15, M.Qibs, 61
Fulhem – Bornmut 2:2
Qollar: R.Ximenez, 40, H.Vilson, 72 – Evanilson, 51, D.Outtara, 89
Tottenhem – Vulverhempton 2:2
Qollar: R.Bentankur, 12, B.Conson, 45+3 – H.Hi-Çan, 7, S.Larsen, 87
Vest Hem – Liverpul 0:5
Qollar: L.Diaz, 30, C.Qakpo, 40, M.Salah, 44, T.Arnold, 54, D.Jota, 84
30 dekabr
Aston Villa – Brayton 2:2
Qollar: O.Vatkins, 36 (pen.), M.Rocers, 47 – S.Adinqra, 12, T.Lemptey, 81
İpsviç – Çelsi 2:0
Qollar: L.Delap, 12 (pen.), O.Hutkinson, 53
31 dekabr
Mançester Yunayted – Nyukasl 0:2
Qollar: A.İsak, 4, Joelinton, 19
1 yanvar
Brentford – Arsenal 1:3
Qollar: B.Embeumo, 13 – Q.Jesus, 29, M.Merino, 50, Q.Martinelli, 53