Yay transfer pəncərəsinin yaxınlaşması ilə “Liverpul” “Bavariya”nın yarımmüdafiəçisi Yoşua Kimmixə marağını artırıb.
Futbolpress.az xəbər verir ki, Almaniya millisinin 30 yaşlı futbolçusu “mersisaydlılar”ın mühüm hədəfinə çevrilib.
“Liverpul”un “Mançester Siti”, “Real Madrid” və “Barselona”nın da maraq dairəsində olan futbolçu ilə bağlı Münhen klubuyla ilkin danışıqlar apardığı bildirilir.
Kimmix o vaxta qədər “Bavariya” ilə müqaviləsini uzatmasa, gələn yay pulsuz transfer oluna bilər, lakin futbolçunun maaşında problem yarana bilər. Bu, “Liverpul”un maaş strukturuna uyğun gəlmir.