Premyer Liqa klubunun “əvəzediciləri”nə texniki məğlubiyyət verildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının I-II turu haqda aşağıdakı qərarlar qəbul edilib:

“Zirə-2” – “Səbail-2” oyununda “Səbail-2” komandası limiti pozduğuna görə “Səbail-2” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir, “Səbail-2” komandası 400 manat cərimə edilir (maddə 61.5);

“Qarabağ-2” – “Kəpəz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);

“Qarabağ-2” – “Kəpəz-2” oyununda xərəkdaşıyan uşaqların say limiti pozulduğuna görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);

“Qarabağ-2” – “Kəpəz-2” matçının oyunöncəsi iclasında “Kəpəz-2” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);

“Səbail-2” – “Neftçi-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);

“Səbail-2” – “Neftçi-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 51.2);

“Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).