“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Lids”dən Jorjinyo Rütteri transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı fransalı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
“Brayton” Rütter üçün “Lids”ə 40 milyon funt-sterlinq ödəyəcək. Bu, klub tarixinin rekord məbləğli transferidir.
Fransalı futbolçu ötən mövsümdə 51 oyunda 8 qol vurub, 16 məhsuldar ötürmə edib.