Premyer Liqa klubundan rekord transfer

“Bornmut” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa klubu “Portu”dan hücumçu Evanilsonu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bornmut” transfer üçün 47 milyon avro ödəyəcək. Bu, klub tarixinin rekord transferidir.

Evanilson “Portu”da 154 oyunda 60 qol vurub, 21 məhsuldar ötürmə edib.