Premyer Liqa klubundan 70 milyonluq cəhd

“Nyukasl” “Kristal Pelas” və İngiltərə yığmasının futbolçusu Mark Qehini transfer etmək istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. “Sağsağanlar” 24 yaşlı oyunçu üçün 70 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qehi 2021-ci ildə “Çelsi”dən “Kristal Pelas”a keçib.