Premyer Liqa klubundan 35 milyonluq transfer

“Fulhem” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Kristal Pelas”dan Yoakim Anderseni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Fulhem” 28 yaşlı futbolçu üçün 35 milyon avro ödəyəcək.

Andersen “Kristal Pelas”da 113 oyunda 3 qol vurub, 6 məhsuldar ötürmə edib.