Premyer Liqa klubundan 30 milyonluq transfer

“Maynts”ın futbolçusu Brayan Qruda karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi “Brayton”a keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Futbolçu ilə 4 illik müqavilə imzalanıb.

“Brayton” Qruda üçün Bundesliqa klubuna 30 milyon avro ödəyəcək.