Premyer Liqa klubunda yeni müqavilə

İngiltərənin “Bornmut” klubunda baş məşqçi Andoni İraola ilə müqavilənin müddəti artırılıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis daha bir mövsüm Premyer Liqa təmsilçisini çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Bornmut” Premyer Liqada 37 turdan sonra 48 xalla 11-ci sıradadır.