Premyer Liqa klubunda yeni baş məşqçi

Xulen Lopeteqinin yeni klubu bəlli olub.

Futbolpress.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb.

Qeyd olunub ki, mütəxəssis “Vest Hem”i  çalışdıracaq. Yaxın vaxtlarda məlumatın rəsmən elan olunacağı gözlənilir.

Hazırda komandanı Devid Moyes çalışdırır. Adı çəkilən klub hazırda İngiltərə Premyer Liqasında 36 oyundan sonra 49 xalla 9-cudur.