Premyer Liqa klubunda yeni baş məşqçi

“Vest Hem”in yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, komandanın sükanı Xulen Lopetegiyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.

Xulen bu postda David Moyesi əvəzləyib.

“Vest Hem” Premyer Liqada 2023/2024 mövsümünü 52 xalla 9-cu sırada bitirib.