Premyer Liqa klubu yoxlama oyunu keçirəcək

Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” yoxlama görüşü keçirəcək.

Futbolpress.az xəbər verir ki, “qırmızı-ağlar” sentyabrın 7-də Sumqayıtın eyniadlı komandası ilə qarşılaşacaq.

Matç “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlama saatı hələ məlum deyil.