Premyer Liqa klubu sabiq oyunçusunu qaytardı

“Aston Villa” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Birmingem təmsilçisi “Hull Siti”dən Ceyden Filogeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı futbolçu ilə razılaşmanın detalları açıqlanmayıb.

“Aston Villa” Ceyden üçün 16 milyon avro ödəyib. Futbolçu məhz 2023-cü ilin yayında 5,8 milyon avroya Birmingem klubundan “Hull Siti”yə keçmişdi.

Filogen ötən mövsüm 32 oyunda 12 qol vurub, 6 məhsuldar ötürmə edib.