Premyer Liqa klubu MY-dən transferini açıqladı

“Mançester Yunayted”in futbolçusu Aaron Van-Bissaka karyerasını “Vest Hem”də davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı futbolçu ilə 7 illik müqavilə imzalanacaq.

Van-Bissaka ötən mövsümdə 30 oyunda 3 məhsuldar ötürmə edib.