“Turan Tovuz” qapıçısı İvan Konovalovla vidalaşacaq.
Futbolpress.az-ın məlumatına görə, rusiyalı qolkiperlə müqaviləyə xitam veriləcək.
Tovuz təmsilçisi ötən ilin yayında Konovalovla 1+1 illik müqavilə imzalamışdı. 30 yaşlı qolkiperin performansı baş məşqçi Berdıyevi qane etmir və onunla yollar ayrılacaq.
Konovalovun ölkəsinə dönəcəyi gözlənilir.
Qapıçı bu mövsüm Premyer Liqada 22 oyunda 24 qol buraxıb.
Şahin Cəfərov