Premyer Liqa klubu “cim-bom”dan oyunçu istəyir

“Qalatasaray”ın futbolçusu Elias Jeler karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Everton” 21 yaşlı cinah müdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Premyer Liqa klubu yaxın zamanda “Qalatasaray”la danışıqlara başlayacaq.

İstanbul klubu Jeleri satmağa razıdır. Danimarkalı futbolçu özü də Premyer Liqada oynamağa müsbət yanaşır.

Jeler bu mövsüm 21 oyunda 1 qol vurub.