“Kəpəz” daha bir futbolçunu heyətinə qatıb.
Futbolpress.az xəbər verir ki, albaniyalı Redon Mihana “Kəpəz”ə keçib. 25 yaşlı legioner ilə “1+1” illik müqavilə bağlanıb.
Mihana yarımmüdafiənin hər iki cinahında oynaya bilir. Karyerasında ilk dəfə legioner həyatı yaşayan futbolçu son olaraq ölkəsinin “Erzeni” klubunda çıxış edib. Mihana Abaniyanın U-21 millisinin də şərəfini qoruyub.