Premyer Liqa klublarının istədiyi futbolçu PSJ-yə qayıtmaq istəmir

Müqavilə ilə PSJ-yə məxsus olan, icarə əsasında “Leypsiq”də çıxış edən Xavi Simons Paris klubuna qayıtmaq istəmir.

Futbolpress.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Simonsla İngiltərə klubları yaxından maraqlanır. Yarımmüdafiəçi Premyer Liqada oynamaq arzusundadır və buna görə PSJ-yə qayıtmaq istəmir.

Niderlandlı futbolçu bu mövsüm 42 oyunda 9 qol vurub, 15 məhsuldar ötürmə edib.