“Real”ın futbolçusu Orelyen Çuameni karyerasını İngiltərədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, “Mançester Siti” və “Liverpul” fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Premyer Liqa klubları mövsümün sonunda Çuameni üçün rəsmi təklif göndərəcək.
24 yaşlı futbolçu bu mövsüm 23 oyunda meydana çıxıb. Onun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir.