AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Premyer Liqanın XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Səbail” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);
“Səbail” – “Qarabağ” oyununun 62-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” klubu 500 manat cərimə edilir (maddə 52.5);
“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
“Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
“Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);