Premyer Liqa klubları cərimələndi

İntizam Komitəsinin bu gün iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda aşağıdakı qərarlar qəbul edildi:

Azərbaycan Premyer Liqası VIII tur

“Araz-Naxçıvan” – “Səbail” oyununda “Səbail” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” komandası 700 manat cərimə edilir (maddə 37);

“Neftçi” – “Sumqayıt” oyununda “Sumqayıt” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” komandası 700 manat cərimə edilir (maddə 37);

“Şamaxı” – “Turan Tovuz” oyununda “Şamaxı” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” komandası 700 manat cərimə edilir (maddə 37);

“Şamaxı” – “Turan Tovuz” oyununda “Turan Tovuz” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” komandası 700 manat cərimə edilir (maddə 37);