Yayım və təşkilati məsələlər ilə əlaqədar olaraq Azərbaycan Premyer Liqasının 25-ci turunun 4 mart tarixdə baş tutacaq “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Araz Naxçıvan” görüşlərinin başlama saatlarında dəyişiklik edilib.
Futbolpress.az xəbər verir ki, Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Hər iki görüş əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq, 17:30 və 19:30-da start götürəcək.