Portuqaliyalılar “Qarabağ”ın oyununda olacaq

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçin “Elfsborq” klubu ilə keçirəcəyi səfər oyununun hakimləri açıqlanıb.

Futbolpress.az xəbər verir ki, UEFA dekabrın 12-də Borasda təşkil olunacaq görüşü Portuqaliyadan olan hakimlər briqadasına həvalə edib:

“Elfsborq” – “Qarabağ”
“Boras” Arena. Saat 00:00
Baş hakim: António Nobre
Baş hakimin köməkçiləri: Pedro Ribeyro, Nelson Pereyra
(Hakimlər briqadası Portuqaliyadandır)
Hakim-inspektor: Stefano Podeşçi (San Marino)
UEFA nümayəndəsi: Yan Atkins (İngiltərə)