Portuqaliyalı üçün 175 milyon avro

“Milan”ın futbolçusu Rafael Leao karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Əl Hilal” portuqaliyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə “OJogo” nəşri məlumat yayıb. “Əl Hilal” Leao üçün 175 milyon avro ödəməyə hazırdır.

24 yaşlı forvard bu mövsüm 46 oyunda 14 qol vurub, eyni sayda məhsuldar ötürmə edib.