Portuqaliyalı hücumçu “Çelsi”də

İngiltərənin “Çelsi” klubu heyətini yeni hücumçu ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, “zədəganlar” “Vulverhempton”dan Pedru Netonu heyətinə qatıb. Portuqaliyalı vinqerlə 7 illik müqavilə imzalanıb. Netu ötən mövsüm Premyer Liqada 20 oyunda 11 qola imza atıb.