“Fulhem”in futbolçusu Joao Palninya karyerasını “Bavariya”da davam etdirmək istəyir.
Futbolpress.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu barədə özü açıqlama verib:
“Klubum və “Bavariya” danışıqlar aparır. Münhen klubunda oynamaq istəyirəm. Necə olacağını görəcəyik”.
28 yaşlı futbolçu ötən mövsüm 41 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.