ML: Portuqaliyadan qələbə, ispanlar “sülh”ə razılaşdı

Bu gün UEFA Millətlər Liqasında I tura start verilib.

Futbolpress.az xəbər verir ki, birinci oyun günündə A, C və D Liqalarının qarşılaşmaları baş tutub.

C Liqasının I qurupunda Azərbaycan yığması İsveçə, Estoniya isə Slovakiyaya uduzub.

Portuqaliya yığması Xorvatiyanı məğlub edib, son Avropa çempionu İspaniya isə Serbiya ilə heç-heçəyə razılaşıb.

UEFA Millətlər Liqası
I tur

C Liqası
I qrup

Azərbaycan – İsveç 1:3
Qollar: R.Dadaşov, 82 – A.İsak, 65, 71, V.Qyökeres, 80 (pen.)

Estoniya – Slovakiya 0:1
Qol: T.Suslov, 70

Xal durumu: İsveç – 3, Slovakiya – 3, Estoniya – 0, Azərbaycan – 0

III qrup

Belarus – Bolqarıstan 0:0

Şimali İrlandiya – Lüksemburq 2:0
Qollar: P.Makneyr, 11, D.Ballard, 17

Xal durumu: Şimali İrlandiya – 3, Bolqarıstan – 1, Belarus – 1, Lüksemburq – 0

A Liqası
I qrup

Portuqaliya – Xorvatiya 2:1
Qollar: D.Dalot, 7, K.Ronaldo, 34 – D.Dalot, 41

Şotlandiya – Polşa 2:3
Qollar: B.Gilmur, 46, S.Maktominey, 76 – S.Şimanski, 8, R.Levandovski, 44 (pen.), N.Zalevski, 90+7 (pen.)

Xal durumu: Portuqaliya – 3, Polşa – 3, Şotlandiya – 0, Xorvatiya – 0

IV qrup

Danimarka – İsveçrə 2:0
Qollar: P.Dorqu, 82, P.Höybyerq, 90+2

Serbiya – İspaniya 0:0

Xal durumu: Danimarka – 3, İspaniya – 1, Serbiya – 1, İsveçrə – 0

D Liqası
I qrup

22:45 San Marino – Lixtenşteyn 1:0
Qol: N.Sensoli, 53

Xal durumu: San Marino – 3, Cəbəllütariq – 0, Lixtenşteyn – 0