Portuqaliya çempionatının qalibi məlum olub.
Futbolpress.az xəbər verir ki, 34-cü turda “Gimaraynş”ı məğlub edən (2:0) “Sportinq” qızıl medalları qazanıb.
Lissabon təmsilçisi 82 xalla birinci olub. “Braqa” ilə heç-heçə edən (1:1)”Benfika” isə 80 xalla mövsümü ikinci pillədə başa vurub.